Nə var bunda, hamı edir - İrem Dericinin etirafı

22 İyul 2019 12:44 (UTC+04:00)

Türkiyənin məşhur müğənnisi İrem Derici Ümraniye Akyaka Park AVM-nin üçüncü ili münasibəti ilə keçirilən tədbirdə səhnəyə çıxıb.

Müğənni “Aşkımız Olay Olacak”( “Eşqimiz olay olacaq”) parçasını səsləndirdikdən sonra ''Yalnızsınız değil mi? Bizde de bir şey yok'' ( Yalnızsınız deyilmi, Bizdə də bir şey yoxdur”) deyərək, həyatında kimsənin olmadığını açıqlayıb.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, performansından sonra jurnalistlərin suallarını cavablayan İrem Derici dörd il öncə “Bostancı Gösteri Merkezi”ndəki konsertində boş yerləri doldurmaq üçün yaxın adamlarını çağırdığı etirafı xatırladıb:

''O vaxt karyeramda çox yeni idim, bütün salonun dolmadığı üçün belə etdik. Nə var bunda, hamı edir. Ayıb, günah deyil”.

Səidə Vahid

AzNews.az