Davudoğlu ilə Kerrinin telefon danışığı oldu
9 May 2013 07:30 (UTC+04:00)
Diplomatik kanallardan əldə olunan məlumatlara görə, Türkiyə-Bosniya Herseqovina-Serbiya XİN başçılarının görüşünə gedən Əhməd Davudoğlunun ABŞ-ın dövlət katibi Con Kerrilə telefon danışığı olub.
Telefon danışığı zamanı Kerri Rusiyada prezident Vladimir Putinlə və XİN başçısı Sergey Lavrovla keçirdiyi görüşlər haqqında məlumat verib.
Məlumatda deyilir ki, Kerri xüsusilə, Suriya məsələsilə bağlı danışıqları və dəyərləndirmələri diqqətə çatdırıb.
Vurğulanıb ki, Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Vaşinqtona səfəri zamanı Suriya məsələsilə bağlı son hadisələrə münasibət bildirəcək.
Hər iki nazir səfər məsələsində qarşılıqlı telefon danışıqlarının əhəmiyyətini də vurğulayıb.
AzNews.az