Gürcüstanda növbəti etiraz aksiyası

22 İyul 2019 13:07 (UTC+04:00)

Gürcüstanın Kutaisi şəhərində fəaliyyət göstərən “Kutex” tikiş fabrikinin işçiləri etiraz aksiyası keçirib.

120-yə yaxın dərzi iş şəraitinin yaxşılaşdırılmasını tələb edib.

Fabrik işçiləri əməkhaqlarının da gecikdirildiyini bildiriblər.

İmereti bölgəsinin Həmkarlar İttifaqının nümayəndələri də aksiyaya dəstək verib. İttifaq “Kutex” tikiş fabriki ilə bağlı məhkəməyə şikayətin veriləcəyini istisna etməyib.

Müəssisə rəhbərliyi isə işçilərin maaşlarının yaxın zamanlarda ödəniləcəyini bildirib.(report.az)

AzNews.az