Savçenko seçilmədi - Cəmi 8 səs qazandı

22 İyul 2019 13:33 (UTC+04:00)

Ukrayna Ali Radasının deputatı Nadejda Savçenko yenidən mandat qazana bilməyib.

O, Donetsk vilayətindəki 51 saylı birmandatlı seçki dairəsində öz gücünü sınayıb. Nəticələr N.Savçenko üçün acınacaqlı olub. Belə ki, o, cəmi 8 səs alıb.

Qeyd edək ki, bir müddət öncə Kiyevin mərkəzində terror aktı hazırlamaqda ittiham olunan N.Savçenko Donbas ərazisinə gedib orada seçkiqabağı təbliğat-təşviqat kampaniyası aparmaq niyyətində olduğunu bildirmişdi.

Məlumata görə, Savçenko seçkinin nəticələrindən şikayət etməyi planlaşdırmır. O da bildirilir ki, sözügedən dairədə namizədliyi özü tərəfindən irəli sürülmüş Aleksand Kovalyov qalib gəlib.

Ukrayna Ali Radasına növbədənkənar seçkilər iyulun 21-də keçirilib.(teleqraf.com)

AzNews.az