75 minlik telefon oğurladı, tutuldu

22 İyul 2019 14:11 (UTC+04:00)

Qazaxıstanın Pavlodar şəhərində Azərbaycan vətəndaşı saxlanılıb.

33 yaşlı azərbaycanlı “Qazel” avtomobil salonundan 75 min tenqe (330 AZN) dəyərində mobil telefonu oğurlamaqda ittiham edilir.

Bundan öncə də o, oğurluq əməlinə görə məhkumluq həyatı yaşayıb.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları sözügedən şəxsin digər analoji faktlarda əlaqəsinin olub-olmadığını araşdırır.(qafqazinfo.az)

AzNews.az