Bakıda evdən 70 min manatlıq ev kinoteatrı oğurladılar

22 İyul 2019 16:51 (UTC+04:00)

Bakıda evdən oğurluq olub.

Xəzər rayonu, Şüvəlan qəsəbəsində Vadim Əsədova məxsus bağ evindən 66 300 manat dəyərində qızıl-zinət əşyaları və 70 000 manatlıq ev kinoteatrı, həmçinin balıq ovu üçün tüfəng oğurlanıb.

Faktla bağlı polis araşdırma aparır.(report.az)

AzNews.az