Qaxda şahmat turniri keçirildi - nəticələr

22 İyul 2019 17:36 (UTC+04:00)

11-21 iyul tarixlərində Qax Olimpiya Kompleksində şahmat olimpiadası keçirilib.

AzNews.az xəbər verir ki, turnirdə 57 şəhər və rayondan ümumilikdə 551 şahmatçı yarışıb. Yarış iki qrup üzrə -A qrupu (16 ) və B qrupu (10) yaşadək baş tutub.

Respublika şahmat olimpiadasının hakimlərindən biri olan Fidan Talıbovanın komanda üzvü 8 yaşlı oğlanlar arasında Hidayətzadə Yusif 1-ci yerə layiq görülüb.

İsmayılzadə Nursübhan 10 yaşadək 241 şahmatçı arasında 11 oyundan 8 xal toplayaraq birinci dərəcə normasını yerinə yetirib.

Nehmetzadə Elxan 11 oyundan 8 xal toplayaraq 8-ci yerdə qərarlaşıb.

B qrupu üzrə Mahmudzadə Yunis 1-ci, Davudov Tunar 2-ci, Süleymanlı İsmayıl isə 3-cü yerə sahib olub.

Səidə Vahid

AzNews.az