Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi bu gün başa çatır

22 İyul 2019 18:00 (UTC+04:00)

Dövlət İmtahan Mərkəzindən Aznews.az-a verilən məlumata görə, müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları seçib təsdiq etməlidirlər.

Qeyd olunan tarixədək elektron ixtisas seçimi ərizələrini təsdiq etməyənlər müsabiqəyə buraxılmayacaqlar.