Söhbət Bakının “Şüvəlan” klubundan gedir.
Ötən mövsümü birinci divizionda keçirən bakılılar mailiyyə problemi səbəbindən fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. Məlumatı saytımıza açıqlamasında “Şüvəlan”ın icraçı direktoru Səyid Babayev də təsdiqləyib. O, futbolçulara azad agent statusu verildiyini bildirib. Klub rəsmisi bununla bağlı sabah bəyanat yayacaqlarını qeyd edib.
Onu da qeyd edək ki, qəsəbə təmsilçisinə sponsorluğu “Silk Way” edirdi. (“Qafqazinfo” )