Çempionlar Liqasında II təsnifat mərhələsi start götürür

23 İyul 2019 00:18 (UTC+04:00)

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinə start veriləcək.

İlk oyunlar çərçivəsində 12 qarşılaşma baş tutacaq.

Bu görüşlərdən 10-u Çempionlar yolunda olacaq. Öz ölkəsinin ən güclüsü olmayanlar da Liqa yolunda mübarizəyə başlayacaqlar.

Ümumilikdə, bu gün 5, sabah 7 görüş keçiriləcək. Azərbaycan çempionu “Qarabağ” İrlandiyada “Dandolk”un qonağı olacaq.

Qeyd edək ki, II təsnifat mərhələsinin cavab oyunları 30-31-də keçiriləcək. (APA)

Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyunlar

23 iyul
Liqa yolu

21:00. “Viktoriya” (Çexiya) - “Olimpiakos” (Yunanıstan)
22:00. PSV (Hollandiya) - “Bazel” (İsveçrə)
Çempionlar yolu
21:30. "Saburtalo" (Gürcüstan) - ”Dinamo” (Xorvatiya)
22:00. TNS (Uels) - “Kopenhagen” (Danimarka)
22:15. "Sutyeska" (Monteneqro) - APOEL (Kipr)

24 iyul
21:00. BATE (Belarus) - "Rusenborq" (Norveç)
22:00. ÇFR (Kluj, Rumıniya) - “Makkabi” (Təl-Əviv, İsrail)
22:00. "Ferensvaroş" (Macarstan) - "Valletta" (Malta)
22:15. "Maribor" (Sloveniya) - AIK (İsveç)
22:45. "Seltik" (Şotlandiya) - "Nomme Kalyu" (Estoniya)
22:45. "Srvena Zvezda" (Serbiya) - HİK (Finlandiya)
22:45. "Dandalk" (İrlandiya) - "Qarabağ" (Azərbaycan)