Əfqanıstanı Yer üzündən silə bilərdim - Tramp

23 İyul 2019 04:17 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp Ovalda Pakistan Baş naziri İmran Xanla görüşüb.

“CNN”ə istinadən xəbər verilir ki, Tramp Əfqanıstanla 17 illik gərgin münasibətlərdən sonra atəşkəsin əldə olunduğunu qeyd edib.

O, əlavə edib ki, bir həftə içində döyüşü bitirmək gücündə olduğunu deyərək, yarı zarafat, yarı ciddi vurğulayıb ki, Əfqanıstanı Yer üzündən silə bilərdi, lakin 10 milyon insanın məhv olacağını düşündüyündən bu addımı atmayıb. Tramp bildirib ki, Pakistan və digər ölkələrin vasitəçiliyi ilə sülhə nail olunub. (APA)