İŞİD üzvlərinə ağır cəza

23 İyul 2019 10:41 (UTC+04:00)

Misir məhkəməsi 11 nəfəri İŞİD terror qruplaşmasına üzv olmağa görə ömürlük həbs cəzasına məhkum edib.

Məhkum edilən şəxslər Suriyada və İraqda döyüşlərdə iştirak etmək, həmçinin Misirdə hücumlar həyata keçirmək üçün müxtəlif zamanlarda təlimlər keçiblər.

Bundan əlavə, daha iki nəfər isə İŞİD terror qruplaşmasına üzv olmağa görə 15 il həbs cəzasına məhkum edilib.(teleqraf.com)

AzNews.az