"Ağdam alınmayana kimi ad günü keçirməyəcəm"

23 İyul 2019 11:39 (UTC+04:00)

Bu gün xalq artisti Flora Kərimovanın doğum günüdür.

Sənətkar AzNews.az-a açıqlamasında ad gününü keçirmədiyini dedi:

“Mənim üçün sıradan bir gündü. Ağdam alınmayana kimi ad günü keçirməyəcəm. İnşallah, nə vaxtsa Ağdam işğaldan azad olunan kimi bütün jurnalistləri bir araya yığıb, onların suallarını cavablandıracam”.

Bahar

AzNews.az