Nepalda torpaq sürüşməsi 90 can aldı

23 İyul 2019 13:39 (UTC+04:00)

Nepalda ötən gecə baş verən torpaq sürüşməsi nəticəsində azı 6 nəfər ölüb, 2 nəfər itkin düşüb.

“RİA Novosti” xəbər verir ki, təbii fəlakət ölkənin mərkəz hissəsində qeydə alınıb.

Sürüşməyə aramsız yağan leysan yağışları səbəb olub.

Son günlər ölkə ərazisində leysan yağışların əmələ gətirdiyi daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 90-a çatıb, 31 nəfər də itkin düşüb.(report.az)

AzNews.az