Azərbaycanda ərəblərin iyrənc görüntülərini yaydılar - FOTO

23 İyul 2019 13:59 (UTC+04:00)

Azərbaycana gələn ərəb turistlərin biabırçı görüntüləri yayılıb.

AzNews.az xəbər verir ki, görüntüləri idmançı Kamil Zeynallı şəxsi Instagram hesabında paylaşıb. Fotodan göründüyü kimi ərəb turistlər İsmayıllı-Qəbələ yolunda hər kəsin gözü qarşısında öz təbii ehtiyaclarını ödəyiblər:

"Bu fotonu tanış bir xanım mənə göndərib. Ərəblər İsmayıllı-Qəbələ yolunu ayaq yolu ediblər. Bu yolla hamının anası-bacısı keçib gedir. Düz yolun qırağında maşınlarını saxlayıb təbii ehtiyaclarını ödəyirlər. Bunları bura gətirən turizm şirkətləri məlumatlandırmalıdır. Ayıbdır Vallah, bir tədbir görün. Yoldan keçən sürücülərimizi də qınamıram, düşüb nəsə desələr başları ağrıyacaq... "/

Aynur

AzNews.az