O, Ukraynanın baş naziri ola bilər

23 İyul 2019 15:28 (UTC+04:00)

“Levıy bereq” nəşrinin verdiyi xəbərə görə, bu posta Milli Bank rəhbərinin sabiq müavini Vladislav Raşkovan seçilə bilər.

Qeyd edək ki, iyulun 21-də Ukraynada növbədənkənar parlament seçkiləri keçirilib. Səslərin 95 faizi artıq hesablanıb. Prezident Vladimir Zelenskinin “Xalqın xidmətçisi” partiyası seçicilərin 43,15 faizinin səsini toplamaqla liderliyini qoruyub.(qafqazinfo.az)

AzNews.az