EYOF: Azərbaycanın daha bir güləşçisi qızıl medal qazandı

23 İyul 2019 16:30 (UTC+04:00)

Azərbaycanın yunan-Roma güləşçisi Elmir Əliyev Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünü keçirib.

51 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici dueldə Ukrayna təmsilçisi Sanya Yakovlevlə üz-üzə gəlib. Qarşılaşmadan təmiz qələbə ilə ayrılan Əliyev (10:0) qızıl medal qazanıb.

Bu gün güləşçilərdən 4-ü final, biri isə bürünc medal görüşünü keçirəcək.

Qeyd edək ki, daha öncə sərbəst güləşdə Murad Haqverdiyev (45 kq) qızıl, Əbülfəz Nəsirovla (55 kq) Sabir Cəfərov (60 kq) gümüş, Mircavad Nəbiyev (48 kq) isə bürünc medal qazanıb. Yunan-Roma güləşində Fərid Sadıxlı (45 kq), Qurbanov Qurban (48 kq) və Həsrət Cəfərov (60 kq) qızıl, Nihat Məmmədli (55 kq) isə bürünc medal götürüb. Qadın güləşçilərindən Gültəkin Şirinova (46 kq) ilə Mərziyə Sadıqova (61 kq) gümüş medal əldə edib.(report.az)

AzNews.az