Rusiyada uşaq düşərgəsi yandı - Ölənlər var

23 İyul 2019 16:47 (UTC+04:00)

Rusiyanın Xabarovsk vilayətindəki uşaq düşərgəsində baş vermiş yanğın nəticəsində ölənlərin sayı dörd nəfərə çatıb.

“RİA Novosti”nin məlumatına görə, yanğın ötən gecə “Xoldomi” dağ-xizək kompleksinin ərazisindəki çadır şəhərciyində baş verib.

Hadisə zamanı bir uşaq yanıb, yeddisi uşaq olmaqla, 12 nəfər xəsarət alıb. Üç uşaq isə xəstəxanada həyata gözlərini yumub.

Rusiya Fövqəladə Hallar Nazirliyinin yaydığı xəbərə görə, yanğın 26 çadırdan 20-ni əhatə edib.

Faktla bağlı cinayət işi açılıb. Hazırda hadisə yerində istintaq qrupu araşdırma aparır.

İlkin ehtimala görə, yanğına qızdırıcının yanması səbəb olub.(oxu.az)

AzNews.az