Lənkəranda yol qəzasında 1 nəfər ölüb, 2 nəfər yaralanıb

23 İyul 2019 18:51 (UTC+04:00)

Hadisə Ələt-Astara magistral yolunda qeydə alınıb.

90-LK-933 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirib və avtomobil yoldan çıxıb. Qəza nəticəsində avtomobildə olanlardan 1 nəfər ölüb, 2 nəfər yaralanıb. (APA)

Hazırda ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.