İran yazıçısı ilə Bakıda görüş keçirilib

23 İyul 2019 22:10 (UTC+04:00)

Görüş "Parlaq imzalar" nəşriyyatının təşkilatçılığı ilə baş tutub.

Mustafa Məstur əsərlərindən, yaradıcılığındakı yenilikdən bəhs edib. Daha sonra oxucuların suallarını cavablandırıb.

Qeyd edək ki, Mustafa Məstur 1964-cü ildə İranda anadan olub. 1990-cı illərdən yazıçılıqla məşğul olur. Onun "Tanrının ay üzündən öp", "Cüzamlı əllər və donuz sümüyü", "Mən sərçə deyiləm" romanları Azərbaycan dilinə tərcümə edilib. (APA)