Qurban Qurbanov: "Rəqibin çox sürətli və təhlükəli futbolçuları var"

23 İyul 2019 22:50 (UTC+04:00)

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam klubu Çempionlar Liqasının ll təsnifat mərhələsində İrlandiyanın "Dandolk" klubu ilə qarşılaşacaq. Sabah səfərdə baş tutacaq ilk oyunöncəsi mətbuat konfransı keçirən Q.Qurbanov bildirib ki, rəqibin orta xəttdə çox sürətli və təhlükəli futbolçuları var: "Başda baş məşqçi olmaqla, bütün komanda olduqca istəklidir. Düzdür, sabah süni örtüklü meydanda oynayacağıq, bu da futbola təsir edir. Təbii örtüklü meydançada oynamaq istərdik, amma hazırda bu haqda fikirləşməyə vaxtımız yoxdur. Sabahkı oyuna tam konsantrasiya olmalıyıq. İlk turun ilk oyununda qeydə alınan heç-heçə növbəti mərhələ üçün faydalı olmuşdu, amma bunu sabahkı oyun haqda demək olmaz. Bilirik ki, sabah biz tam motivasiya olunmuş bir komandaya qarşı oynayacağıq".

Qeyd edək ki, "Dandalk" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. (APA)