Dadaşovun ailəsinə ömürlük yardım ediləcək

23 İyul 2019 23:40 (UTC+04:00)

Federasiya başçısı idmançının ailəsinə başsağlığı verərək onlara ömürlük yardım ediləcəyini bildirib:

“Biz Maksim Dadaşoun ailəsinə ömürlük yardım edəcəyik. Onun ailəsinə dəstəyimizi göstərəcəyik”.

Xatırladaq ki, Dadaşov iyulun 19-da rinqdə Sabriel Matiasla qarşılaşması zamanı başından aldığı çoxsaylı zərbələrdən komaya düşüb. Boksçunun dünən xəstəxanada ürəyi dayanıb.

Maksim Dadaşov 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunlarının iştirakçısı olub. (“Qafqazinfo”)