Şimali Koreya Rusiya gəmisini saxladı

24 İyul 2019 08:55 (UTC+04:00)

Şimali Koreya Rusiyaya məxsus balıqçı gəmisini saxlayıb.

AzNews.az xəbər verir ki, hadisə ilə bağlı məlumatı "Şimal-Şərq" balıqçılıq şirkətinin direktor müavini Sergey Sedler verib.

RF Xarici İşlər Nazirliyinin Uzaq Şərq Vladivostok nümayəndəsinin TASS agentliyinə verdiyi məlumata görə, Rusiyalı diplomatlar gəmi ilə bağlı probleminin həlli üzərində işləyirlər. Onlar artıq gəminin ekipajı ilə görüşüblər.

"Səfirliyə həbs barədə həmin gün (iyulun 18-də) məlumat verilib. Diplomatlar məsələnin lap əvvəldən həlli üzərində işləyiblər. Bildiyimə görə, onlar gəminin ekipajı ilə görüşə biliblər", - deyə mənbə bildirib.

Onun sözlərinə görə, gəmi Şimali Koreya sərhədçiləri tərəfindən saxlanılıb. Gəminin göyərtəsində 17 ekipaj üzvü olub, onlardan ikisi Cənubi Koreya vətəndaşıdır.

KİV-in məlumatına görə, saxlanılan gəmi "Şimal-Şərq balıq şirkətinə məxsus Rusiya seyneri "Xian Hai Lin 8" olub. Gəmi balıqçılıq zonasına yola düşəndə saxlanılıb. Rusiya bayrağı altında üzən gəmi 2015-ci ildə hazırlanıb və 180 ton dedveytə malikdir.

Pərvanə

AzNews.az