Meksikada təyyarə qəzası - Ölənlər var

24 İyul 2019 09:10 (UTC+04:00)

Meksikanın Çiuaua ştatında "Piper PA-30" tipli ikimühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 4 nəfər ölüb.

"Televisa" telekanalı xəbər verir ki, göyərtəsində pilot və üç sərnişinin olduğu hava gəmisi Kuautemok bələdiyyəsində yerə düşüb.

Təyyarə qarğıdalı sahəsinə düşüb və tamamilə dağılıb.(report.az)

AzNews.az