Messi bir oyunluq cəzalandırıldı

24 İyul 2019 10:09 (UTC+04:00)

Argentina milli komandasının və İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi bir oyunluq cəzalandırılıb.

32 yaşlı hücumçu Amerika kuboku zamanı Cənubi Amerika Futbol Konfederasiyasının (KONMEBOL) ünvana səsləndirdiyi ittihamlar üçün diskvalifikasiya edilib.

O, DÇ-2022-nin seçmə mərhələsinin ilk oyununu buraxacaq. Bundan başqa, futbolçu 1500 dollar cərimə edilib. L. Messi KONMEBOL-dan üzr istədiyi üçün cəzası yüngül olub.

Qeyd edək ki, turnirin yarımfinal oyununda Braziliyaya 0:2 hesabı ilə uduzduqdan sonra L. Messi matçın hakimini VAR-dan istifadə etmədiyi üçün tənqid etmişdi. O, həmçinin KONMEBOL-u korrupsiyada günahlandıraraq, mükafatlandırma mərasiminə də qatılmamışdı.(apa.az)

AzNews.az