İşğalçı ordu daha bir əsgərini itirdi

24 İyul 2019 11:33 (UTC+04:00)

Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni əsgər ölüb.

Hadisə iyulun 24-də gecə saatlarında baş verib.

2000-ci ildə anadan olan Volodya Qaloyan naməlum şəraitdə odlu silahdan açılan atəşdən ağır yaralanıb.

O, aldığı yaradan ölüb.

Hadisənin şəraiti və səbəbi araşdırılır.(report.az)

AzNews.az