Nahar etmirsinizsə, sağlamlığınız təhlükədədir - Alimlərdən xəbərdarlıq

24 İyul 2019 11:57 (UTC+04:00)

“RenTV” xəbər verir ki, braziliyalı alimlər günorta vaxtı qida qəbul etməyi tövsiyə edirlər.

Onların fikrincə, nahar etməyən insanda ikinci tip şəkərli diabetin və ürək-damar xəstəliklərinin yaranma riski mövcuddur.

Mütəxəssislər yeniyetmələrə səhərlər qida qəbul etməyi də məsləhət görürlər.

Braziliyalı alimlər hesab edirlər ki, səhər yeməyindən imtina edən gənclər piylənmədən əziyyət çəkə bilərlər.(oxu.az)

AzNews.az