“Nissan” 10 min əməkdaşını işdən çıxarır

24 İyul 2019 13:13 (UTC+04:00)

Yaponiyanın avtomobil istehsalçısı olan "Nissan Motor Co" şirkəti dünya üzrə 10 mindən çox işçisini ixtisar etməyi planlaşdırır.

"Kyodo News"unn verdiyi məlumata görə, cari ilin may ayında avtomobil istehsalçısı ixtisar olacaq işçilərin sayını 4,8 min olacağını elan etmişdi. Göründüyü kimi, ixtisarın miqyası gözləniləndən də iri olacaq. İşçilərin əlavə ixtisarı həmçinin "Nissan"da çalışan əməkdaşların vaxtından əvvəl təqaüdə çıxması hesabına da həyata keçiriləcək. Şirkətin ixtisar haqqında rəsmi olaraq iyulun 25-də elan edəcəyi gözlənilir.

Güman edilir ki, ixtisarlar "Nissan"ın Cənubi Amerika və digər regionlardakı rentabelli olmayan bəzi zavodların personalını da əhatə edəcək. Bunun müqabilində şirkət Yaponiyada istehsalı optimallaşdırmağı düşünür.

Qeyd edək ki, 2018-ci maliyyə ilində “Nissan”ın satışları 4,4% azalaraq 5,52 mln. ədədə, o cümlədən ABŞ-da 9,3% azalaraq 1,44 mln. ədədə, Avropada isə 14,9% azalaraq 643 min ədədə düşüb.(apa.az)

AzNews.az