Bakıda polisi vuran şəxsə cinayət işi açıldı - VİDEO

9 May 2013 10:10 (UTC+04:00)
Bir neçə gün əvvəl Kukla teatrının qarşısında növbəti polis-vətəndaş qarşıdurması yaşanıb.

Həmin insidenti hadisə şahidləri çəkiblər və mətbuata veriblər. Videodan da göründüyü kimi, taksidə əyləşən polis avtomobili cərimə meydançasına sürmək istəyib. Sürücü onu fikrindən daşındırmaq istəsə də, polis vətəndaşın üzünə mobil telefonla vurub. Cavabında isə vətəndaş bir neçə dəfə polisin üzünə yumruq atıb. Polis vətəndaşı tutmaq istəsə də, sonradan həmin şəxs aradan çıxa bilib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovun ANS PRESS-ə hadisə ilə bağlı açıqlamasında bunun cinayət olduğunu bildirib.

"Hər halda polisə qarşı zorakılıq cinayətdir. Polisi vuran həmin vətəndaş barəsində cinayət işi başlanıb. İş araşdırılır", - deyə V.Əsədov bildirib.


AzNews.az