Pomidorun qiyməti endi

24 İyul 2019 15:48 (UTC+04:00)

Bakıda pomidorun qiyməti ucuzlaşıb.

AzNews.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin eksperti Nicat Nəsirov məlumat verib. O, qeyd edib ki, Aqrar Tədqiqatlar Mərkəzi araşdırma aparıb. Həmin araşdırmaya əsasən son bir həftə ərzində paytaxtın topdansatış bazarlarında Zirə pomidoru 50%, Salyan pomidoru isə 36% ucuzlaşıb.

Nicat Nəsirov Ağdam söğanının da qiymətinin endiyini deyib:

Ağdam soğanı 19% (0.33 qəp), yemiş, üzüm 23% (0.32 qəp, 1 AZN), gavalı 16% (0.50 qəp) şaftalı 15% (1.10 AZN), qarpız 12% (0.22 qəp) aşağı düşüb.

Bahar RÜSTƏMLİ

AzNews.az