Futbolçu haqqında film çəkiləcək

9 May 2013 10:45 (UTC+04:00)
"Epic Pictures Group" Kinokompaniyası "Barselona"nın argentinalı hücumçusu Lionel Messi haqda film çəkəcək. Bu barədə "Sport.es" məlumat yayıb.

Filmin 2014-cü ildə keçiriləcək dünya çempionatı ərəfəsində hazır olacağı gözlənilir. Messi haqqında bu film boksçu "Rokki Balboa"ya çəkilən saqa stilində ekranlaşdırılacaq.

Film Luka Kailoinin "Messi: Əfsanəyə çevrilən oğlan haqqında" adlı kitabı əsasında çəkilir.

AzNews.az