Mingəçevir su anbarında batdığı güman edilən Şəki sakini sağdır

24 İyul 2019 21:18 (UTC+04:00)

İlkin araşdırma zamanı müəyyən edilib ki, R.Yusifov həmin gün heç kimə xəbər vermədən çimərlikdən birbaşa Bakıya gəlib.

Onunla birlikdə çimərliyə gələn şəxslər də elə zənn edib ki, R.Yusifov su anbarında batıb və bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat veriblər. (APA)