Sakinlər binadan çıxarıldı - Bakıda yanğın oldu

25 İyul 2019 09:19 (UTC+04:00)

Bakı şəhərində yanğın hadisəsi qeydə alınıb.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Nizami rayonunda beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yanğın baş verib.

Yanğın zamanı 5 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzNews.az