Yol qəzasında 2 nəfər xəsarət aldı - Şəmkirdə

25 İyul 2019 06:13 (UTC+04:00)

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Keçili kəndində qeydə alınıb.

Belə ki kənd sakinləri - 43 yaşlı Arza Tağıyev, 59 yaşlı Hüseyn Verdiyev hələlik markası məlum olmayan avtomobillə qəzaya düşüblər.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır. (APA)