Boris Conson qardaşını nazir müavini təyin etdi

25 İyul 2019 09:58 (UTC+04:00)

Britaniyanın yeni Baş naziri Boris Conson iyulun 24-də kiçik qardaşı Co Consonu biznes, energetika və sənaye strategiyaları nazirinin müavini vəzifəsinə təyin edib.

AzNews.az xəbər verir ki, bu haqda məlumatı RİA “Novosti” agentliyi yayıb.

Mənbə bildirir ki, bundan əvvəl baş nazirin qardaşı nəqliyyat nazirinin müavini vəzifəsində çalışıb.

Boris Conson iyul ayının 24-də Britaniyanın Baş naziri oldu və İngiltərənin müasir tarixində hakimiyyətin bir partiyadan digərinə təhvil verilmədən hökumətin tərkibinin ən böyük dəyişikliyini həyata keçirməyə müvəffəq oldu.

O, proqramdakı çıxışında Brexit-in oktyabrın 31-də heç bir "əmma" olmadan həyata keçirəcəyi fikrini bildirib. Onun ideyası ilə razılaşmadığına görə, nazirlər kabinetinin ən azı 14 üzvü, o cümlədən xarici işlər naziri Jeremy Hunt öz postlarını tərk edib.

Babək Göyüş

AzNews.az