“FaceApp” proqramı ilə fırıldaqçılıq etdi

25 İyul 2019 10:39 (UTC+04:00)

Üz dəyişdirmə filtrləri olan “FaceApp” vasitəsi ilə çəkdiyi fotoları yaşlandırılmış hala gətirərək sosial media hesablarından müxtəlif məhsullara saxta satılıq elanları verən və bu üsulla çox sayda adamı aldadan şübhəli paytaxtda polis tərəfindən saxlanılıb.

Hadisə Türkiyənin Ankara şəhərində baş verib.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ankara polisi təxminən iki ildən artıq 57 dəfə fırldaqçılıq etdiyinə görə axtarılan Uğur E-nin izinə düşüb.

İnternetdə yayımladığı elanlarda inşaat məhsulları və konteynerlər ilə əsgər və polislər üçün ayaqqabı, silah qabı kimi məhsullar satan, həmçinin bunlar üçün də saxta fotolardan istifadə Uğur E-nin müxtəlif illərdə bir çox əsgər və polisi də aldatdığı ortaya çıxıb.

Şübhəlinin qardaşının şəxsiyyət vəsiqəsi məlumatlarını istifadə edərək tutulmaqdan qurtulduğunu və fırıldaqçılıqdan əldə etdiyi pulu bar və əyləncə məkanlarında xərclədiyini öyrənən polis nümayəndələri Uğur E-nin izinə düşüb .

Uğur E-nin türkü dinləmək üçün əyləncə məkanına getdiyini təsbit edən polis əməliyyat hazırlayıb.

Şübhəli polis nişanlarını göstərən nümayəndələrə "Siz ciddisiniz?" deyərək qarşılıq verib.

Təəccüb yaşayan Uğur E. haqqındakı məlumatları öyrənincə "Vallah mən etməmişəm, başqası ilə qarışdırırsınız” deyib.

Saxlanılan Uğur E-nin nəzarətçilik etdiyini və günahsız olduğunu söylədiyi, daha sonra günahını etiraf edərək: "Nə edim onlar inanmayardı, kimsənin pulunu zorla almadım ki" deyib.

Səidə Vahid

AzNews.az