Bir tort kəsdik, vəssalam... - 70 yaşlı rejissor

25 İyul 2019 11:18 (UTC+04:00)

Əməkdar incəsənət xadimi, "Qızıl Dərviş" mükafatı laureatı, Lənkəran Dövlət Dram Teatrının baş rejissoru Oruc Qurbanovun 70 yaşı tamam olub.

Yubliyar ad günü təəssüratını AzNews.az-la bölüşüb:

“70 illik yubileyimi ailəlikcə qeyd etdik. 5 nəfər ailə üzvü oturduq, bir tort kəsdik. Yığışdıq başına, ailə üzvlərim məni təbrik elədi. Nəvəm dedi ki, "Tortun şamını mən söndürəcəm". Mən də onu arzusuna qovuşdurdum”. Uşaq təəccübləndi ki, "ay baba, bu 70 nə tez gəldi?".

Oruc Qurbanov 70 illik yubileyi ilə əlaqədar ona saysız-hesabsız təbriklərin gəldiyini vurğulayıb.

Bahar RÜSTƏMLİ

AzNews.az