Qalmaqallı milyarderin başına iş gəldi

25 İyul 2019 14:56 (UTC+04:00)

Seks məqsədilə insan alverində günahlandırılan milyarder iş adamı Ceffri Epsteyn həbsxanada huşsuz vəziyyətdə tapılıb.

NBC kanalı milyarderin boynunda yara izləri aşkar olunduğu və onun intihara cəhd etdiyi haqda məlumat yayıb.

Başqa bir mənbə isə milyarderin yaralarının təhlükəli olmadığını, sadəcə başqa cəzaçəkmə müəssisəsinə etap olunmaq üçün belə addım atdığı ehtimalını irəli sürüb.

Qeyd edək ki, Ceffri Epsteyn ABŞ məhkəməsi qarşısına çıxarılıb, barəsində cəza verildikdən sonra Manhettendə yerləşən həbsxanaya göndərilib.

Məhbəsdə məhkumların yanına buraxılan 66 yaşlı milyarder məhbuslar tərəfindən linc olunduğu səbəbindən özünün kamerasına çəkilib.

Milyarder ona qarşı irəli sürülən ittihamları rədd edib. Nyu-York məhkəməsi onu cinsi təcavüzdə, insan ticarətində ittiham edərək barəsində ağır cəza çıxarıb.(teleqraf.com)

AzNews.az