Köçkünlərin məskunlaşdığı tikili yandı - Bərdədə

25 İyul 2019 14:16 (UTC+04:00)

Bərdə rayonunun Qırmızı Samux qəsəbəsində məcburi köçkünlər məskunlaşan tikilidə yanğın baş verib.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər xəsarət alıb. Tikilinin və evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzNews.az