Azərbaycan XİN Rumıniyanın yeni xarici işlər nazirini təbrik edib

25 İyul 2019 19:43 (UTC+04:00)

Bu barədə Azərbaycan XİN-in rəsmi “Twitter” səhifəsində bildirilib.

“Biz Azərbaycan və Rumıniya arasında sarsılmaz əlaqələri daha da gücləndirmək məqsədilə Ramona Manesku ilə çalışmağı səbirsizliklə gözləyirik”, - təbrikdə qeyd edilib.

Qeyd edək ki, Ramona Maneskunun andiçməsi iyulun 24-də olub. (APA)