Prezidentin çıxışı nazirə “laylay“ı xatırlatdı - VİDEO

9 May 2013 12:40 (UTC+04:00)
Çexiyada siyasi qalmaqal yaşanıb. Ölkənin xarici işlər naziri Karl Şvarsenberq prezident Miloş Zemanın parlamentdə çıxışı zamanı yatıb. Dövlət başçısı ölkənin məhz xarici siyasəti məsələsi və məqsədlərindən danışırmış.

Lakin nazir yatdığından yeni səfirlərin təyin olunması ilə bağlı ünvanına səsləndirilən tənqidləri qaçırıb. Prezident çevriləndə nazirin yatdığını görüb. Bundan sonra zalda gülüş səsləri eşidilib. Şvarsenberqin müxalif partiyasının üzvləri isə buna etiraz əlaməti olaraq, zalı tərk ediblər. Qeyd edək ki, yeni səfir namizədləri haqda mübahisə artıq 2 aydan çoxdur ki davam edir.


AzNews.az