Bakıda gənc oğlanı döydülər - telefonunu əlindən aldılar

26 İyul 2019 05:39 (UTC+04:00)

Bakının Nəsimi rayonunda quldurluq hadisəsi baş verib.

Hadisə N.Şahbazov küçəsində qeydə alınıb.

Belə ki, iki nəfər şəxsiyyəti məlum olmayan şəxs 1991-ci il təvəllüdlü Fərəcov Bayram Saleh oğlunu döyüb. Daha sonra onun mobil telefonu və cibində olan 50 manatını götürərək qaçıblar.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdrıma aparılır. (APA)