Sarkisyanın partiyasından daha bir istefa

26 İyul 2019 11:49 (UTC+04:00)

Ermənistan parlamentinin sabiq sədri Ara Babloyan keçmiş prezident Serj Sarkisyanın sədri olduğu Respublikaçılar Partiyasından istefa verib.

O, partiyadan çıxmaqla bağlı ərizə yazıb.

A.Babloyan bundan sonra siyasətlə məşğul olmayacağını bildirib. Qəzet istefa xəbərini dəqiqləşdirmək üçün A.Babloyanla əlaqə saxlamağa çalışıb. Lakin keçmiş spikerlə danışmaq mümkün olmayıb.

Qeyd edək ki, A.Babloyan ixtisasça pediatrdır. O, 1991-1997-ci illərdə Ermənistanın səhiyyə naziri olub.(report.az)

AzNews.az