ABŞ-a qarşı savaşa hazır olun - İranlı general Suriyada terrorçularla görüşdü

26 İyul 2019 12:57 (UTC+04:00)

İranın İnqilab Keşikçiləri Qvardiyasının "Qüds Ordusu" korpusunun başçısı, general-mayor Qasim Süleymani dünən Suriyanın Deyrizor bölgəsinə səfər edib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, səfəri ərzində Süleymani İranın dəstəklədiyi xarici terrorist qruplarla görüşüb.

O, görüş zamanı "ABŞ-a qarşı savaşa hazır olun” mesajı verib. General ABŞ-a qarşı müharibə mövzusunda Əsəd rejimi ilə aralarında hər hansı problem olmadığı barədə qruplara zəmanət verib.

Xatırladaq ki, ABŞ Suriyanın cənubunda uzun müddət əvvəl yardımı dayandırdığı Azad Suriya Ordusuna keçən həftə yenidən təlim keçməyə başlayıb.

İranın dəstəklədiyi terrorist qruplar hazırda Suriyanın cənub-şərqində İraq sərhədinə nəzarət edirlər.

Pərvanə

AzNews.az