Aleynaya məşhur muzeydə 1 milyonluq heykəl qoyulacaq

26 İyul 2019 13:03 (UTC+04:00)

Türkiyənin gənc ulduzu Aleyna Tilki dünyaca məşhur liderlər, sənətçilər və idmançıların balmumu heykəllərinin olduğu “Madame Tussauds Müzesi”nin İstanbul şöbəsində yer alacaq.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, pop ulduz hazırlıq üçün müzeyin Londondakı mərkəzindən gələcək kreativ nümayəndəliklə görüşəcək.

Müğənninin saç, göz rəngi araşdırılacaq, pozası müəyyənləşib, ölçüləri alınacaq.

Aleyna balmumu fiquruna geydiriləcək paltarını da müəyyənləşdirib müzeyə təslim edəcək.

Bir fiqurun hazırlanması üçün 40 nəfər 8 aydır ki, çalışır.

Bütün çalışmalar Londondakı baş ofisdə gedir.

Bir balmumu heykəli 1 milyon 140 min TL (200 min ABŞ dolları) başa gəlir.

Qeyd edək ki, muzeydə: Zeki Müren, Haldun Dormen, Gülriz Sururi, Adile Naşit, Kemal Sunal, İbrahim Tatlıses, Müslüm Gürses, Orhan Gencebay, Barış Manço, Beren Saat, Kerem Bürsin, Kıvanç Tatlıtuğ, Murat Boz, Beyazıt Öztürk kimi türkiyəli məşhurların heykəlləri yer alıb.

Səidə Vahid

AzNews.az