Avropa Məhkəməsi Ermənistan hökumətini cərimələdi

26 İyul 2019 13:16 (UTC+04:00)

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Ermənistan hökumətini cərimələyib.

AİHM “Yuri Vardanyan Ermənistana qarşı” cinayət işi ilə bağlı yekun qərar çıxarıb.

Qərara görə, hökumət Yerevanda yaşayan Yuri Vardanyan adlı şəxsə 1,6 milyon avro təzminat ödəməlidir.

Qeyd edək ki, Y. Vardanyan Yerevanda torpaq sahəsinin ondan qanunsuz alınması və məsələnin yerli məhkəmə tərəfindən düzgün qaydada araşdırılmaması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edib. Məhkəmə Y. Vardanyanın hüquqlarının pozulması haqda qərar çıxarıb. Avropa İnsan Hüquqları Məhkəməsinin 2016-cı il oktyabrın 27-də qəbul edilmiş qərarına əsasən, Ermənistan hökuməti zərərçəkmişə 11 milyon avro məbləğində təzminat ödəməli idi. Lakin hökumət bu məbləğin həddindən artıq yüksək olmasına etiraz edib.(apa.az)

AzNews.az