Bakı-2019: Azərbaycan gimnastı gümüş medal qazandı

26 İyul 2019 15:34 (UTC+04:00)

Azərbaycan gimnastı Səməd Məmmədli Bakı-2019 Avropa Gənclər Yay Olimpiya Festivalında gümüş medal qazanıb.

İdman gimnastlarının ayrı-ayrı hərəkətləri üzrə finallara qatılan təmsilçimiz dəstəli atda ikinci yeri tutub.

O, 13,600 xal toplayaraq festivalda ilk mükafatına yiyələnib. Bunadək sərbəst hərəkətlərdə 13,733 xal yığan S.Məmmədli 6-cı yerlə kifayətlənmişdi. Hər iki növdə çempion adına ukraynalı Nazar Çepurnı yiyələnib.

Qeyd edək ki, bu medal Azərbaycan gimnastlarının festivaldakı ilk uğurudur. Bunadək təmsilçilərimiz yalnız güləşlə cüdoda fərqlənmişdi. İdmançılarımız ümumilikdə 9 qızıl, 7 gümüş və 5 bürünc əldə edib.(apa.az)

AzNews.az