Yevlaxda ağır qəzada 1 nəfər öldü, ikisi xəsarət aldı

26 İyul 2019 21:17 (UTC+04:00)

Daxili İşlər Nazirliyindən Aznews.az-a verilən məlumata görə, iyulun 25-də saat 21 radələrində Yevlax şəhərinin ərazisində Zərdab rayon sakini Ə.Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yol ayırıcısına vurub və idarəetməni itirdiyindən avtomobil Bərdə rayon sakini T.Vəliyevin idarə etdiyi “OKA” markalı avtomobilə çırpılıb. Nəticədə Ə.Əliyevin sərnişini 50-55 yaşlı kişi hadisə yerində ölüb, hər iki sürücü xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.