Azərbaycanın paralimpiyaçıları Avropa Çempionatının ilk günündə beş medal qazanıblar

26 İyul 2019 22:09 (UTC+04:00)

Milli Paralimpiya Komitəsindən "Report"a verilən məlumata görə, qızlar arasında 57 kq çəki dərəcəsində Sevda Vəliyeva gümüş, 52 kq çəki dərəcəsində Səbinə Abdullayeva bürünc medal qazanıb.

Kişilər arasında yarışda isə 66 kq çəki dərəcəsində Bayram Mustafayev gümüş, Namiq Abbaslı bürünc və 73 kq çəki dərəcəsində Ramil Qasımov bürünc medallara layiq görülüblər.

Beləliklə, yarışın ilk 2 gümüş və 3 bürünc medal qazanaraq Azərbaycan Paralimpiya Milli Komandası medal sayına görə birinci yerdə qərarlaşıb.

Sabahkı yarışlarda aşağıdakı idmançılarımız çıxış edəcəklər:

Kişilər

İlham Zəkiyev +100 kq

Kənan Abdullaxanlı -100 kq

Hüseyn Rahimli -81 kq

Qadınlar

Xatirə İsmiyeva +70 kq

Dürsədəf Kərimova +70 kq

Xanım Hüseynova -63 kq