Liviya sahillərində 260-dan çox miqrant xilas edildi

27 İyul 2019 09:30 (UTC+04:00)

Liviyanın Sahil Mühafizə Xidməti ölkənin Aralıq dənizi sahillərində 269 miqrantın xilas edildiyi barədə məlumat yayıb.

RİA Novosti agentliyinə istinadla xəbər verir ki, xilas edilən miqrantlar müxtəlif Afrika ölkələrinin vətəndaşlarıdır. Onlar paytaxt Tripolidən 60 mil şimal-şərqdə xilas edilib və şəhərdəki dəniz bazasına yerləşdiriliblər.

Miqrantlar qeyri-leqal yolla Avropaya keçmək istəyirmişlər. Azərtac)